Gerb

13 yanvar 2015, 18:00

Hörmətli xanım Qrabar-Kitaroviç,

Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 yanvar 2015-ci il.