Gerb

15 yanvar 2015, 16:30
W1siziisijiwmtuvmdyvmtuvmjq5yzgxogzrnl8zodizny5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=f6cceec91e09ed72

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olundu. Söhbət zamanı Türkiyənin “Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışıldı.

Prezident İlham Əliyev həmin tədbirə dəvətə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirdi, bu dəvət Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edildi. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirdilər.


Böyük ölçüdə