21 yanvar 2015, 12:50

Vüqar Katiblidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Mən bu gün çox sevindim. Çünki Siz müəllimlərin maaşını kifayət qədər artırdınız. Heç kimə sirr deyil ki, Siz daim müəllimlərin qayğısına qalır, bu ziyalı təbəqəsini heç vaxt diqqətinizdən kənar qoymursunuz. Sizin bu addımınız mənim Sizə və dövlətimizə olan inamımı bir daha artırdı. Sizi əmin edirəm ki, gələcəkdə daha səylə işləyəcək, Sizin biz müəllimlərə göstərdiyiniz diqqət və qayğınızı keyfiyyətli və gərgin əməyimlə doğrultmağa çalışacağam.

Hörmətli cənab Prezident, mən və ailə üzvlərim buna görə Sizə təşəkkür edir, Uca Allahdan Sizə və ailənizə cansağlığı diləyirik. Azərbaycanımızın Sizin kimi sadə insanları düşünən rəhbəri olduğu üçün çox sevinirik. Sizə fəaliyyətinizdə uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Katibli Vüqar Lətif oğlu,
Heydər Əliyev adına liseyin müəllimi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.