Gerb

17 yanvar 2011, 13:01
W1siziisijiwmtuvmdyvmtuvow1rn3vpenq1zf8zndgylmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=eee93e4632cf855c

Latviya Prezidentinin iqamətgahında – “Riqa” qəsrində Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Valdis Zatlersə təqdim olundu.

Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Sonra hədiyyələr təqdim edildi. 


Böyük ölçüdə