21 yanvar 2015, 13:05

Yaqut Vəliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Təhsil işçilərinə göstərdiyiniz diqqətə və qayğıya görə bütün müəllimlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. İşinizin bu qədər çox olduğu bir vaxtda biz müəllimləri unutmadığınız üçün Sizə “Çox sağ olun!” deyirik. Hakimiyyətdə olduğunuz müddətdə biz müəllimlər Sizin qayğınızı daim hiss etmişik. Əmin ola bilərsiniz ki, bütün xalqımız kimi biz müəllimlər də Sizin siyasətinizi dəstəkləyir, hər zaman Sizin arxanızdayıq. Allah yar və yardımçınız olsun!

Hörmətlə,

Vəliyeva Yaqut Ələsgər qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.