Gerb

21 yanvar 2015, 12:00

Möhtərəm cənab Prezident!

Dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılması barədə imzaladığınız Sərəncama görə Zərdab rayon təhsil işçiləri adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik arzulayır və işlərinizdə uğurlar diləyirik.

Hörmətlə,

Babayev Baba, filologiya elmləri doktoru
Məmmədova Çimnaz Məlik qızı
Soltanova Sara Paşa qızı
Tanrıverdiyev Ömər Səbbət oğlu
İsmayılova Cəvahir Əliabbas qızı və başqaları.

Azərbaycan Respublikası, Zərdab rayonu.