21 yanvar 2015, 12:55

Ellada Əhmədovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Təhsil işçilərinizə göstərdiyiniz qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Hazırda gənc müəllim kimi imtahanla Bakı şəhəri Şüvəlan qəsəbəsi 230 saylı orta məktəbdə coğrafiya müəllimi işləyirəm. Gənc ailə kimi üzləşdiyimiz bəzi çətinliklərə baxmayaraq, gələcək nəslin daha savadlı üçün balaca balalarımıza dərs deməyə davam edirəm. Sizin yeni Sərəncamınız bütün təhsil işçilərini sevindirdi.

Möhtərəm Prezident, atam təqaüddə olan hərbiçidir. Hazırda qardaşım hərbi xidmətdədir. Biz hər zaman Sizi dəstəkləyirik.

Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Allah Sizi Azərbaycan xalqına çox görməsin!

Hörmətlə,

Əhmədova Ellada Ehtibar qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.