İlham Əliyev bp şirkətinin baş icraçı direktoru ilə görüşüb

22 yanvar 2015, 23:10
İlham Əliyev bp şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyevin Davosda Böyük Britaniyanın bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub. 

Görüşdə “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti və Azərbaycanın bu sahədə rolu yüksək dəyərləndirildi. 

Söhbət zamanı bp ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photo