23 yanvar 2015, 17:20

Faiq Hacıyevdən, Gəncə, Azərbaycan

Möhtərəm Prezident!

Sizin Almaniyaya işgüzar səfəriniz zamanı kansler Angela Merkel ilə keçirdiyiniz mətbuat konfransında bütün məsələlərə və verilən suallara qətiyyətlə, lokanik münasibət bildirməyiniz məni çox sevindirdi. Qürur və iftixardan qaynaqlanaraq, sevincimdən qəhərlənərək gözlərim yaşardı.

Möhtərəm Prezident, Siz bir daha bütün dünyaya bəyan etdiniz ki, Azərbaycan regionda heç bir dövlətin vassalına çevrilməyib, tam sərbəst, demokratik dəyərlərə söykənərək siyasət aparır.

Səmimi qəlbdən Sizi təbrik edirəm. Bu gün dünyada yaranmış çətin geosiyasi şəraitdə uğurlu fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər arzu edirəm. Qoy ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Hacıyev Faiq.
Azərbaycan Respublikası, Gəncə şəhəri.