Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Rousseffə

17 yanvar 2011, 18:26

Hörmətli xanım Prezident,

Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

17 yanvar 2011-ci il