28 yanvar 2015, 11:00

Sədaqət Əzimovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Son illər ərzində ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçün böyük işlər görülmüş, mühüm sənədlər imzalanmışdır. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamınız da bu amala xidmət edir.

Biz müəllimlər söz veririk ki, işlədiyimiz müddətdə şagirdlərimizə bilik verməklə yanaşı, onlara xeirxahlıq, səmimi ülfət və dostluq ideyaları aşılayacaq, xalqımızın xoşbəxt gələcəyi üçün layiqli övladlar yetişdirəcəyik.

Əziz Prezidentimiz, bu Sərəncamınıza görə Sizə dərin təşəkkürümüzü bildirir, hər bir işinizdə uğurlar arzulayırıq. Müəllim adını uca tutduğunuz üçün Ulu Tanrı da həmişə Sizi uca etsin! 

T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin kollektivi adından hörmətlə,

Əzimova Sədaqət.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi.