İlham Əliyevin və Latviya Seyminin sədri xanım Solvita Aboltinin görüşü olmuşdur

17 yanvar 2011, 19:00
İlham Əliyevin və Latviya Seyminin sədri xanım Solvita Aboltinin görüşü olmuşdur

Prezident İlham Əliyev Riqada Latviya Seyminin sədri xanım Solvita Aboltina ilə görüşmüşdür.

Latviya parlamentinin rəhbəri dövlətimizin başçısına qanunvericilik orqanının binası, strukturu və fəaliyyəti barədə ətraflı məlumat verdi.

Daha sonra keçirilən görüşdə Latviya Seyminin sədri bildirdi ki, onun ölkəsi Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verir.

Seymdə Azərbaycan ilə dostluq qrupunun fəaliyyət göstərdiyini xatırladan sədr Solvita Aboltina Latviya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın gələcəkdə möhkəmlənəcəyinə əminliyini bildirdi. 

Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi. Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin inkişafının ölkələrimiz arasında ikitərəfli münasibətlərimizə böyük töhfə verdiyini vurğuladı.

Azərbaycan Prezidenti ölkələrimiz arasında əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə etdi.

gallery-photogallery-photogallery-photogallery-photo