Gerb

17 yanvar 2011, 19:30
3554

Prezident İlham Əliyev Riqada Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın, müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparıldı.

Energetika, qarşılıqlı investisiyaların qoyuluşu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması önəminin vurğulandığı görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsində hökumətlərarası komissiyanın işinin vacibliyi qeyd olundu.

Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın və geniş imkanların olduğu vurğulanan görüşdə bu əlaqələrin gələcəkdə möhkəmlənəcəyinə əminlik ifadə edildi.

Loader

Böyük ölçüdə

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR