05 fevral 2015, 11:40

Ramid Sahibovdan, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident!

Mənzil-məişət şəraitimizin yaxşılaşdırılmasına göstərdiyiniz köməyə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Çox şükürlər olsun ki, Sizə ünvanlanan müraciətlərimiz, xahiş və istəklərimiz diqqətdən kənar qalmır, sadə və aztəminatlı insanların problemlərinə hər zaman həssaslıqla yanaşılır. 

Əziz Prezidentimiz, Ulu Tanrıdan diləyim budur ki, Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Həm Sizin, həm də ölkəmizin sorağı daim ali kürsülərdən, yüksək zirvələrdən gəlsin. Allah Sizi və ailənizi qorusun! 

Hörmətlə,

Sahibov Ramid Hüseynəli oğlu.
Azərbaycan Respublikası, Xaçmaz rayonu.