05 fevral 2015, 20:45

Vəfadar Vəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Respublikamızda, o cümlədən Bakı şəhərinin Binəqədi rayonunda görülən işlərə görə Sizə minnətdarıq. Sizin qayğınız sayəsində Binəqədi rayonunun bütün qəsəbələrində olduğu kimi, yaşadığımız 9-cu mikrorayon, H.Babaşov küçəsində də yenidənqurma və abadlaşdırma işlərinin aparılması biz sakinləri hədsiz sevindirir. Yaşadığımız ərazidə Qafqazın ən böyük məscidinin tikilməsi isə bizdə ikiqat məmnunluq hissi yaradır və Sizin fəaliyyətinizdən qürur duyuruq.

Bildirmək istəyirik ki, Azərbaycanda əldə olunan bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Sizin tərəfinizdən uğurla davam etdirilən inkişaf strategiyasının bəhrəsidir.

Möhtərəm Prezident, bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifah halının yaxşılaşdırılması və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyiniz işlərdə və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmət və səmimiyyətlə,

Vəliyev Vəfadar Qəhrəman oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.