07 fevral 2015, 11:30

Rahid Rəcəblidən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının uğurla icrası nəticəsində gənclərin idarəetmə sahəsində fəal iştirakına geniş şərait yaradılıb, onların işlə təminatı və digər sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülüb.
Son günlər bizi böyük sevincə qərq edən əsas hadisə isə İsmayıllı rayonunun 2015-ci ilin “Gənclər paytaxtı” seçilməsi oldu.

“Gənclər paytaxtı”nda yaşamağın bizə yeni-yeni imkanlar açacağına, eyni zamanda, Sizin sərəncamınızla təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” çərçivəsində görülən işlər sayəsində bu imkanların daha da genişlənəcəyinə əminik.

Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri adından Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanımızın inkişafı və müstəqilliyinin qorunması, torpaqlarımızın ərazi bütövlüyünün bərpası kimi çətin və şərəfli mübarizə yollarında Sizə uğurlar arzu edirik.

Hörmətlə.

Rəcəbli Rahid,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədri.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.