Gerb

18 yanvar 2011, 18:55
3608

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir.

Xarici işlər naziri Qriqol Vaşadze Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlət başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyi vurğulandı, Azərbaycan ilə Gürcüstanın enerji layihələrində uğurlu əməkdaşlıq həyata keçirdiyi qeyd olundu. Söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Prezident Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş etdi. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR