İlham Əliyevin Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü olub

07 fevral 2015, 14:05
İlham Əliyevin Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü olub

Prezident İlham Əliyev Münxendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olundu.

Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55