09 fevral 2015, 12:00

Arif Babayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz altında respublikanın kənd və qəsəbələrində, eləcə də bizim yaşadığımız Xocasən qəsəbəsində böyük abadlıq-quruculuq işləri görülüb, insanların həyat səviyyəsi yüksəlib, yaşayış üçün hər bir şərait yaradılıb.

Sizin söylədiyiniz “Xalqın bir nömrəli xidmətçisi mən özüməm” fikri Sizə olan məhəbbətimizi artırmaqla yanaşı, yerlərdə vətəndaşlarla işin təşkilinə də müsbət təsir göstərib. Problemlə üzləşən insanlar vaxtında qəbul edilir və əksər hallarda razı yola salınırlar.

Əziz Prezidentimiz, bir ağsaqqal kimi deyə bilərəm ki, xalq Sizdən ilham alır. Ulu Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm.

Hörmətlə,

Babayev Arif Nemət oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi.