C.Q.Qurbanovun “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

09 fevral 2015, 18:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Cavid Qəmbər oğlu Qurbanov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2015-ci il.