“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10 fevral 2015, 14:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2015-ci il.

 

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 10 fevral tarixli Sərəncamı

ilə təsdiq edilmişdir

 



Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün

DÖVLƏT PROQRAMI

1. Giriş

Talassemiya valideynlərdən uşaqlara gen vasitəsilə keçən ağır irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə vardır.

Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikada 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında həmin xəstəliyə daha çox rast gəlinir.

Son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülmüşdür. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaratmışdır.

Son illərdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olmuşdur. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanmışdır.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunmuş, bu xəstəlikdən əlillik və ölüm halları azalmışdır.

Əhali arasında talassemiyanın profilaktikası istiqamətində də kompleks tədbirlər görülməsinə zərurət yaranmışdır. Bu məqsədlə respublikada maarifləndirmə, sosial səfərbərlik tədbirləri, xüsusən, risk qruplarını müəyyən etmək üçün nikaha daxil olmaq istəyən şəxslərin əvvəlcədən tibbi müayinədən keçməsi kimi tədbirlərə ehtiyac vardır.

“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və ümumən, talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlmişdir.


2. Dövlət Proqramının məqsədi və əsas vəzifələri


2.1. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

2.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

2.2.1. talassemiyanın profilaktikasının gücləndirilməsi və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin daha da yüksəldilməsi;

2.2.2. talassemiya daşıyıcılarının aşkar edilməsi üçün laboratoriya müayinələrinin genişləndirilməsi;

2.2.3. talassemiya daşıyıcılarına və talassemiyalı xəstələrə həkim məsləhətinin təşkili;

2.2.4. müasir informasiya texnologiyalarından istifadə etməklə, talassemiya üzərində nəzarət sisteminin təşkili;

2.2.5. dölün prenatal diaqnostikasının təşkili;

2.2.6. əhalinin talassemiyaya dair maarifləndirilməsi və sosial səfərbərliyi.

3. Dövlət Proqramının maliyyələşdirilməsi

3.1. Dövlət Proqramının reallaşması üçün tələb olunan xərclər müvafiq illər üçün dövlət büdcəsinin “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait, habelə büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar hesabına maliyyələşdirilir.

4. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr

4.1. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

4.1.1. talassemiyalı xəstələrin sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi;

4.1.2. nikaha daxil olmaq istəyən şəxslər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və onlara həkim məsləhəti verilməsi;

4.1.3. prenatal diaqnostikanın tətbiqi;

4.1.4. talassemiyalı xəstələrin sayının kəskin azalması;

4.1.5. əhalinin talassemiya xəstəliyi sahəsində biliklərinin artması.

5. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı

 

Sıra
№-si
Tədbirin adı
İcraçı orqanlar
İcra müddəti (illər üzrə)
5.1. Dövlət Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər
5.1.1.
Talassemiya daşıyıcılarının aşkar edilməsi sahəsində  normativ hüquqi aktların hazırlanması  və qəbul edilməsi
Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
2015
5.1.2.
Nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları  üzrə vahid elektron proqramın  hazırlanması və tətbiq edilməsi
Səhiyyə Nazirliyi,
Ədliyyə Nazirliyi
2015
5.1.3.
Müasir informasiya texnologiyalarından istifadə etməklə, talassemiya üzərində nəzarət sisteminin təşkili     
Səhiyyə Nazirliyi
2015 - 2016
5.1.4.
Dövlət Proqramının icrasına nəzarətin həyata keçirilməsi  və icmal hesabatların hazırlanması
 
Səhiyyə Nazirliyi
mütəmadi
5.2. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi
5.2.1.
Respublika Talassemiya Mərkəzində,
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda,
Mərkəzi Qan Bankının rayon bölmələrində talassemiyanın kapillyar elektroforez üsulu ilə müayinəsinin təşkili 
Səhiyyə Nazirliyi
2015
2015
 
 
2018-2019
5.2.2.
Talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədi ilə tibb müəssisələrinin zəruri avadanlıq və reaktivlərlə təmin edilməsi 
Səhiyyə Nazirliyi
 
mütəmadi
5.2.3.
Qan nümunələrinin müvafiq laboratoriyalara çatdırılması üçün B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 10 ədəd  avtomobillə   təmin edilməsi
Səhiyyə Nazirliyi
2015
5.3. Talassemiya daşıyıcılarının aşkar edilməsi və həkim məsləhəti verilməsi
5.3.1.
Talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədi ilə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsinin aparılması
Səhiyyə Nazirliyi
mütəmadi
5.3.2.
Talassemiya daşıyıcılığı aşkar olunan cütlərə həkim məsləhəti verilməsi
Səhiyyə Nazirliyi
mütəmadi
5.4. Dölün prenatal diaqnostikası
5.4.1.
Respublika Perinatal Mərkəzində və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda,
regional perinatal mərkəzlərdə talassemiya daşıyıcısı olan hamilə qadınlardan döl materialının götürülməsinin  təşkili
Səhiyyə Nazirliyi
2015
 
 
2017-2018
 
 
5.4.2.
Respublika Talassemiya Mərkəzində və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda  döl materiallarının molekulyar-genetik müayinəsinin aparılması
Səhiyyə Nazirliyi
mütəmadi
5.5. Talassemiyanın müalicəsinin təkmilləşdirilməsi
5.5.1.
Klinik protokollara uyğun olaraq,  talassemiyanın radikal müalicəsinin - sümük iliyi transplantasiyasının həyata keçirilməsi
Səhiyyə Nazirliyi
mütəmadi
5.5.2.
Talassemiyanın müasir müalicə üsullarının tətbiqi yolu ilə xəstəliyin fəsadlarının qarşısının alınması        
 
Səhiyyə Nazirliyi
2015 - 2020
5.5.3.
Talassemiyanın profilaktikası və müalicəsi  üzrə klinik protokolların, metodik vəsaitlərin, təlimatların və elmi ədəbiyyatın hazırlanması
Səhiyyə Nazirliyi
2015 - 2020
5.6. Kadr hazırlığı
5.6.1.
Talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması
(o cümlədən xarici ölkələrdə)
Səhiyyə Nazirliyi
 
2015 - 2020
5.6.2.
Baza ali tibb və rezidentura təhsili proqramlarında hematologiya üzrə tədris saatlarının artırılması
Səhiyyə Nazirliyi
2015 - 2016
5.6.3.
Respublikanın şəhər və rayonlarında talassemiya üzrə mütəxəssislərin hazırlanması
Səhiyyə Nazirliyi
mütəmadi
5.6.4.
Həkimlər üçün talassemiyanın aktual problemləri üzrə tematik kursların təşkili
Səhiyyə Nazirliyi
mütəmadi
5.6.5.
Talassemiya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi
Səhiyyə Nazirliyi
mütəmadi
5.6.6.
İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün talassemiyanın profilaktikası üzrə treninqlərin təşkili
Səhiyyə Nazirliyi
mütəmadi
5.7. Əhalinin talassemiyaya dair maarifləndirilməsi
5.7.1.
Ümumi təhsil  müəssisələrində  biologiya üzrə fənn proqramı çərçivəsində  talassemiya haqqında mövzunun  tədris edilməsi
Təhsil Nazirliyi 
mütəmadi
5.7.2.
Talassemiyaya dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi və yayılması
Səhiyyə Nazirliyi
2015 - 2020
5.7.3.
Əhali arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirmə işinin həyata keçirilməsi
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,         
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi,
yerli icra hakimiyyəti orqanları 
mütəmadi
5.7.4.
Talassemiyanın profilaktikasına dair məlumatların kütləvi informasiya vasitələri ilə əhaliyə çatdırılması
Səhiyyə Nazirliyi,
kütləvi informasiya
vasitələri
mütəmadi
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55