11 fevral 2015, 12:00

Çingiz Abbasəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Çox sevindirici haldır ki, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” və futbol üzrə Avropa Çempionatı kimi möhtəşəm yarışlar bizim ölkədə - doğma Bakımızda keçiriləcək. Şəxsən mən bununla fəxr edirəm. Bütün bu işlərdə Sizin böyük əməyiniz var və buna görə Sizə şəxsən öz adımdan və ailəm adından dərin təşəkkürümü bildirirəm.

Möhtərəm Prezident, bildirmək istərdim ki, mən bir Azərbaycan gənci kimi Sizi daim dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyəm.

Hazırda bank sektorunda çalışıram və öz sahəmdə imkan daxilində Azərbaycanın inkişafı üçün əlimdən gələni edirəm və edəcəyəm.

Bizim Sizin kimi müdrik, uzaqgörən siyasətçiyə çox ehtiyacımız var. İnana bilməzdim ki, gün gələcək Azərbaycan dünya miqyaslı yarışları qəbul edəcək. Bütün bunlar Sizin sayənizdə reallığa çevrilir. Həqiqətən bu, mən və mənim kimi digər Azərbaycan gəncləri üçün böyük fəxrdir. Sizə bu yolda uğurlar arzulayır və Sizə daim dəstək olacağıma söz verirəm.

Hörmətlə,

Abbasəliyev Çingiz İmran oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.