11 fevral 2015, 14:15

Gülər Əliyevadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 2015-ci il 26 yanvar tarixli Sərəncamınız bütün ölkə gənclərinin ürəyindən xəbər verdi. Ulu öndərimiz Heydər Əliyev tərəfindən təsis edilmiş 2 fevral – Gənclər Günündə İsmayıllı rayonunun 2015-ci il üçün “Gənclər paytaxtı” elan edilməsi isə özümüzə olan inamımızı birə-on artırdı. Biz taleyimizin etibarlı əllərdə olduğunu hiss edir, Sizin rəhbərliyiniz altında daha xoşbəxt gələcəyə doğru inamla irəliləyirik.

Hörmətli cənab Prezident, Gənclərə göstərdiyiniz diqqət və qayğıya görə bütün varlığımızla Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın gündən-günə çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyeva Gülər.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Lahıc qəsəbəsi.