Əlahəzrət,
Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 fevral 2015-ci il.