Gerb

19 yanvar 2011, 19:55

Çox hörmətli cənab Prezident!

Yevlax rayonunun sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında xidmətləri olan 14 nəfərin sizin 2011-ci il 12 yanvar tarixli Sərəncamınızla dövlət təltiflərinə layiq görülməsi Yevlaxda böyük sevincə səbəb olmuş və tarixi hadisəyə çevrilmişdir.

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə son illər respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişaf tempinin nəticəsidir ki, digər regionlar kimi Yevlax şəhəri də özünün yeni inkişaf, tərəqqi dövrünü yaşayır. Həyatımızın bütün sahələrində baş verən yeniliklər, maliyyə kapitalının insan kapitalına çevrilməsi istiqamətində fəaliyyətiniz insanların sosial rifah halının yüksəlməsinə, təhsilin, mədəniyyətin daha da inkişafına əsaslı zəmin yaratmışdır. Heydər Əliyev irsinə daim sadiq qalan hər bir yevlaxlı bu gün sizin fəaliyyətiniz sayəsində Azərbaycan dövlətinin qayğısını hiss edir və ondan bəhrələnir. Rayonumuzun sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğı və diqqətə, sizi sonsuz məhəbbətlə sevən yevlaxlıların əməyinə verdyiniz yüksək qiymətə görə rayonumuzun bütün ziyalıları adından sizə dərin təşəkkürümüzü bildirir, Azərbaycan xalqının gələcək xoşbəxt rifahı naminə həyata keçirdiyiniz böyük işlərdə uğurlar diləyirik.

Qiyas Quliyev

Yevlax ziyalıları adından rayon ziyalılar
cəmiyyətinin sədri, əməkdar müəllim.

Azərbaycan, Yevlax