İlham Əliyev Mingəçevirdə “Ağsaray” otelində tikinti işlərinin gedişi ilə tanış olub

24 fevral 2015, 20:26
İlham Əliyev Mingəçevirdə “Ağsaray” otelində tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev Mingəçevirdə Kür çayının sağ sahilində inşa olunan “Ağsaray” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Məlumat verildi ki, 2,5 hektar sahəsi olan otel ən müasir səviyyədə inşa edilir. Otel kompleksi 5 korpusdan ibarətdir.

Ümumilikdə, oteldə 55 otaq olacaq. Burada restoran, kafe-bar, əyləncə mərkəzi, konfrans zalı yaradılacaq. Bundan başqa, oteldə uşaq və böyüklər üçün qapalı və açıq hovuzlar, sauna, fitnes zalı, masaj otaqları, günəş vannası qəbulu üçün terraslar da qonaqların ixtiyarına veriləcək. İnşaat işləri zamanı Kür çayının üzərindən asma kanat yolunun çəkilməsi də nəzərdə tutulur. Otelin kottecləri də olacaq.

Yeni otelin istifadəyə verilməsi həm də iş yerlərinin açılması baxımından əhəmiyyətlidir. Belə ki, kompleks istifadəyə veriləndən sonra burada 40 nəfər işlə təmin ediləcək. Otelin ilk Avropa Oyunları başlayanadək istifadəyə verilməsi nəzərdə tutulur.

Bu cür komplekslərin inşası, ilk növbədə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının göstəricisidir. Digər tərəfdən, belə obyektlər bir neçə aydan sonra ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının iştirakçılarını yüksək səviyyədə qəbul etməyə, onlara müasir xidmət göstərməyə geniş imkanlar yaradır. Belə layihələrin icrası onu da sübut edir ki, indi Azərbaycanın bölgələri də ən müasir infrastrukturla təchiz edilir, regionlarda dünya standartları səviyyəsində istirahət məkanları inşa olunur. “Ağsaray” otelinin inşası Mingəçevirə turist axınının artmasına səbəb olacaq.

Prezident İlham Əliyev otelin inşası ilə bağlı tapşırıq və göstərişlərini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04