25 fevral 2015, 13:50

Araz Əhmədovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə laçınlılar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ən çətin, məşəqqətli günlərimizdə dövlətimiz bizə sahib çıxıb, mənzil-məişət və digər problemlərimizin həllində kömək göstərib. Biz bunu heç vaxt yaddan çıxara bilmərik və bütün bunlara görə ulu öndərimiz Heydər Əliyevə və Sizə borcluyuq.

Möhtərəm Prezident, biz inanırıq ki, düşmən tapdağında olan torpaqlarımız Sizin rəhbərliyiniz altında tezliklə işğaldan azad ediləcək və bütün məcburi köçkünlər öz doğma yurd-yuvalarına dönəcəklər. Allah köməyiniz olsun!

Hörmətlə,

Əhmədov Araz Əhməd oğlu,
Laçın rayonunun Vağazin kəndindən məcburi köçkün.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.