Dominikan Respublikasının Prezidenti Zati-aliləri cənab Danilo Medinaya

27 fevral 2015, 09:00

Hörmətli cənab Prezident,

Dominikan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 fevral 2015-ci il.