04 mart 2015, 15:50

Kamal Qurbanovdan, Kiyev, Ukrayna

Hörmətli cənab Prezident!

Azərbaycanın sürətli inkişafının təməlini qoyan, ölkəmizin dünyada tanınması və xalqımızın gözəl günlərə qovuşması üçün ömrünü həsr edən ümummilli liderimiz Heydər Əliyevlə və bu yolu uğurla davam etdirdiyinizə görə Sizinlə fəxr edirik. Yalnız əsl vətənpərvər insanlar ölkələrini bu qədər sevə bilərlər. Hər bir azərbaycanlının ürəyində ulu öndər Heydər Əliyev sevgisi var. Daim qəlbimizdə yaşayan Ulu Öndərimizə Allahdan rəhmət diləyirik.

Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Sizin kimi müdrik Prezidentə sahibdir. Bizə göstərilən qayğıya görə Sizdən çox razıyıq. Siz ölkəmizin hər bölgəsi ilə maraqlanır, lazımi tapşırıqlarınızı verir və Azərbaycanın bütün sahələrdə inkişafını təmin edirsiniz.

Möhtərəm Prezident, biz cari ilin iyun ayında başlayacaq ilk Avropa Oyunlarına qürurla ev sahibliyi edəcəyik. Bu mötəbər tədbir heç şübhəsiz ki, Azərbaycanı beynəlxalq aləmə daha yaxından tanıdacaq.

Əziz Prezidentimiz, Sizə olan ümumxalq məhəbbəti sonsuzdur. Siz bu məhəbbəti öz ürəyinizlə, xeyirxah və humanist addımlarınızla qazanmısınız. Ulu Tanrı hər zaman köməyiniz olsun!

Hörmətlə,

Qurbanov Kamal Əhmədağa oğlu.

Ukrayna, Kiyev şəhəri.