04 mart 2015, 19:00

Nadir Ağayevdən, Şabran, Azərbaycan

Hörmətli cənab Prezident!

Səhhətimdə yaranmış problemlə əlaqədar Sizə müraciətimdən sonra Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində uğurla əməliyyat olundum. Hazırda özümü çox yaxşı hiss edirəm və ev şəraitində müalicə alıram.

Möhtərəm Prezident, köməklik göstərərək məni bu dərd-bəladan qurtardığınıza görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti arzulayıram. Xalqımın xeyirxah Prezidentinə eşq olsun! Amin!

Hörmətlə,

Ağayev Nadir Əbilqasım oğlu.

Azərbaycan Respublikası, Şabran rayonu.