Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

04 mart 2015, 23:30
Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirildi.

Bolqarıstan Prezidenti Rosen PLEVNELİYEV çıxış edərək dedi:

- Zati-aliləri.

Milli Assambleyanın sədrinin müavini.

Kabinetin üzvləri.

Zati-aliləri.

Xanımlar və cənablar.

Prezident İlham Əliyevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini Sofiyada salamlamaq mənim üçün şərəfdir.

Səfəriniz Prezident Jelyu Jelev və Prezident Heydər Əliyev tərəfindən Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Sazişin imzalanmasının 20-ci ildönümünə təsadüf edir. Hər iki dövlət başçısı münasibətlərimizin əsas prinsiplərini - xalqlarımızın rifahı və çiçəklənməsi naminə qarşılıqlı hörmət və anlaşmanı bizə miras qoyublar.

Biz ötən 20 ildə konkret layihələri icra etməklə tarixi əlaqələrimizi inkişaf etdirərək münasibətlərimizi praqmatizmlə zənginləşdirmişik. Bu gün Azərbaycan Bolqarıstanın çox dəyərli və etibarlı tərəfdaşıdır. Ən yüksək siyasi səviyyədə keçirilən müntəzəm görüşlər yeni əməkdaşlıq formalarını müəyyən etmək üçün iradəmizin mövcudluğunu sübut etmişdir.

Bu gün Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış Birgə Bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək yeni mərhələnin başlanğıcını qoymuşdur.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxışında 2014-cü ilin sentyabrında Bakıya etdiyi səfər zamanı “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimində iştirakını xatırladı. Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini, beynəlxalq aləmdə rolunun artdığını, regionda aparıcı ölkəyə, neft və qaz sahəsində beynəlxalq ticarətdə mühüm amilə çevrildiyini diqqətə çatdıran Bolqarıstan dövlətinin başçısı dedi:

- Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində Avropa İttifaqının əsas tərəfdaşına çevrilmişdir. “Cənub” qaz dəhlizinin uğurla həyata keçirilməsi Bolqarıstanın yeganə boru xəttindən və təchizatçıdan uzunmüddətli asılılığına son qoyacaqdır. Keçən ilin sentyabr ayında Bakıda rəsmi mərasimdə yüksək səviyyədə təmsil olunmağımız da Bolqarıstan Respublikasının Avropa üçün strateji əhəmiyyət daşıyan bu infrastruktur layihəsinə verdiyi önəmin ifadəsidir. Bolqarıstan və Azərbaycan arasında enerji əməkdaşlığının təməlində hər il 1 milyard kubmetr qazın təchizi üzrə artıq imzalanmış müqavilə, habelə əlavə həcmlərin müzakirə olunması imkanı durur. Lakin biz daha yaxşı nəticələr də əldə edə bilərik. Biz Bolqarıstanda və Cənub-Şərqi Avropa regionunda mənzillərin qazla təmin olunması, qaz anbarları və qaz tranziti infrastrukturunun inşası sahəsində Azərbaycan ilə müştərək layihələrin həyata keçirilməsi imkanlarının araşdırılmasında maraqlıyıq.

                                                                                          X X X

Rəsmi ziyafətdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Bolqarıstan xalqını milli bayramı – 3 mart Azadlıq Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zəngin tarixi və mədəniyyəti ilə seçilən Bolqarıstanı yenidən ziyarət etməyimdən çox məmnunam. Mən Sizin ölkənizə üçüncü səfərimi edirəm. Bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Səfərimin yekunlarını müsbət qiymətləndirirəm. Apardığımız danışıqlar və fikir mübadiləsi, imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bizi əmin edir ki, nəticələr uğurlu olacaq, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

Azərbaycan və Bolqarıstan xalqları arasında münasibətlərin qədim tarixi var. Bizim mədəniyyət, incəsənət, elm sahəsində də əlaqələrimizi sübut edən çoxlu faktlar mövcuddur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri isə hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının klassikləri – İvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevi və bir çox başqalarını bu gün də Azərbaycanda sevərək oxuyurlar.

İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycanı iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yaxşı şəraitin olduğunu göstərir.

Eyni zamanda, enerji sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri genişdir. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Hazırda Azərbaycandan enerji resurslarını müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz kəməri mövcuddur. Azərbaycan TANAP layihəsinin əsas səhmdarıdır, TAP və “Şahdəniz” layihələrində isə böyük paya malikdir. Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi ilə bərabər bu layihələr hazırda Avropada inşa edilən ən böyük, dəyəri ən azı 45 milyard dollar olan infrastruktur layihəsidir.

Azərbaycan yalnız enerji sektorunun inkişafı ilə kifayətlənmir. Biz regional əməkdaşlığa töhfə verən digər layihələrə də böyük sərmayələr qoyuruq. Bu il Xəzər dənizində ən böyük Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatacaqdır. Bununla da Asiya ilə Avropanı birləşdirəcək ən rahat və qısa dəmir yolu istifadəyə veriləcəkdir.

Azərbaycan öz nəqliyyat infrastrukturunun imkanlarını tərəfdaşları ilə bölüşməyə hazırdır. Ölkələrimiz arasında humanitar sahədə münasibətlərin uğurla inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir. 2004-cü ildən isə Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində bolqar gənclərini Azərbaycanın mədəniyyəti, dili və ədəbiyyatı ilə yaxından tanış etmək məqsədilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur.

Bolqarıstan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlığımız da məmnunluq doğurur. Azərbaycan artıq neçə illərdir ki, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də cari ilin iyununda ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarıdır. Yüksək səviyyədə təşkil edəcəyimiz bu yarışlarda iştirak edəcək bolqarıstanlı atletlərə uğurlar arzulayıram.

Azərbaycan, eyni zamanda, yerləşdiyi regionda təhlükəsizliyin və sabitliyin qorunmasında, inkişafın və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır. Bununla belə, əfsuslar olsun ki, regionun ən ağrılı problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir daha qeyd etmək istəyirəm ki, bu gün imzalanmış “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstan tərəfinə minnətdarlığımı bildirirəm.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35