Gerb

11 mart 2015, 19:24

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1059-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 441 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.3-1-ci yarımbənd əlavə edilsin:
“3.1.3-1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əməkçi miqrantların hüquqlarının işəgötürənlər tərəfindən təmin edilməsinə nəzarəti həyata keçirmək;”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2015-ci il.