Gerb

13 mart 2015, 12:05

Hörmətli cənab Prezident!

Mingəçevir şəhərinə göstərdiyiniz diqqət və qayğı bizi hədsiz sevindirir. Fevral ayının 24-də Mingəçevir şəhərinə səfəriniz və bu səfər zamanı bir sıra mühüm tədbirlərdə iştirakınız, şəhərimizin gələcəyi ilə bağlı söylədiyiniz fikirlər bizdə böyük məmnunluq hissi yaratdı.

Bu səfərdən sonra Mingəçevir Yüksək Texnologiyalar Parkının, habelə Mingəçevir Sənaye Parkının yaradılması və onun fəaliyyətinin təmin edilməsi ilə əlaqədar imzaladığımız fərman və sərəncamlarınız nəinki bizim şəhərin, eyni zamanda ətraf rayonların da sosial-iqtisadi inkişafına böyük töhfə olacaq.

Möhtərəm Prezident, Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu daxili və xarici siyasəti tam dəstəkləyirik. Bütün bunlara görə şəhərin idman ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Nəcəfli Kamal.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.