İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub

17 mart 2015, 20:10
İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub

Qarsda Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Türkiyədə təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti vurğulandı, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin rolu qeyd edildi. Azərbaycanın və Türkiyənin iştirak etdikləri mühüm strateji layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verdiyi bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo