Gerb

20 yanvar 2011, 15:42

Zati-aliləri, möhtərəm cənab Prezident!

Milli təhsilimizin inkişafı istiqamətində həyata keçirdiyiniz siyasət reallaşdıqca uğurlu nəticələr tarixi hadisələrə çevrilir. Azərbaycan təhsili dünyanın qabaqcıl təhsil sisteminə inteqrasiya olunur. Ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar Yevlaxda da özünü əyani surətdə büruzə verir. Sizin diqqət və qayğınız sayəsində son 7 il ərzində Yevlaxda 13 ümumtəhsil və şahmat məktəbinin binaları, 640 şagird yerlik əlavə sinif otaqları tikilmiş, səkkiz məktəbin, uşaq-gənclər idman məktəbinin binaları əsaslı təmir edilərək yenidən qurulmuşdur. Təhsilin keyfiyyəti ilbəil yüksəlmiş və əldə etdikləri uğurlara görə 7 pedaqoqumuz “Əməkdar Müəllim” fəxri adına, 5-i isə “Tərəqqi” medalına layiq görülmüşdür.

Sizin 2011-ci il 12 yanvar tarixli Sərəncamınızla daha 3 müəllimimizə əməkdar fəxri adının verilməsi də Yevlax təhsil işçilərinin böyük sevincinə səbəb olmuşdur. Yevlaxın çoxminli müəllim kollektivi bu yüksək etimad üçün Sizə öz dərin və sonsuz təşəkkürünü bildirir. Sizi əmin edirik ki, bundan sonra da gənc nəslin Heydər Əliyev irsinə, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda təlim-tərbiyəsi üçün bütün qüvvə və bacarığımızı sərf edəcəyik.

Yevlax rayonu müəllimləri adından
dərin hörmətlə,

Raquf Mirzəyev
Şəhər təhsil şöbəsinin müdiri.

Azərbaycan Respublikası, Yevlax şəhəri.