18 mart 2015, 14:30

Zamin Əliyevdən, Samux, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanımız çox güclü və dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

Möhtərəm Prezident, bu il martın 17-də Türkiyənin Qars şəhərində TANAP layihəsi təməlqoyma mərasimi bir daha onu göstərir ki, Sizin apardığınız düzgün siyasət Azərbaycanı çox qüdrətli bir dövlətə çevirib. Bu möhtəşəm mərasimlə əlaqədar Sizi və Azərbaycan xalqını təbrik edirəm. Sizinlə fəxr edirəm. Allah Sizi qorusun. Amin!

Fürsətdən istifadə edərək, Sizi və ailənizi qarşıdan gələn Novruz bayramı münasibətilə şəxsən öz adımdan və ailəm adından səmimi qəlbdən təbrik edirəm.

Bayramınız mübarək olsun!

Hörmətlə,

Əliyev Zamin Çapay oğlu.

Azərbaycan Respublikası, Samux rayonu, Tatlı kəndi.