Gerb

21 yanvar 2011, 12:00

Möhtərəm cənab Prezident,

Yevlax rayonunun çoxminlik müəllim kollektivi Sizin təhsilə və təhsil işçilərinə göstərdiyiniz diqqət və qayğını, onların əməyinə verdiyiniz yüksək qiyməti hər an hiss edir. 2011-ci il 12 yanvar tarixli Sərəncamınızla 3 nəfər müəllimə Əməkdar müəllim adının verilməsi buna əyani misaldır.

Yevlax müəllimlərinin əməyinə verdiyiniz yüksək qiymətə görə, təhsil işçiləri Azad Həmkarlar İttifaqı Yevlax Rayon Komitəsinin kollektivi adından Sizə minnətdarlığımızı bildirir, cansağlığı, çoxistiqamətli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

S.İsayeva
Azad Həmkarlar İttifaqı Yevlax Rayon
Komitəsinin sədri, Yevlax, Azərbaycan 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR