19 mart 2015, 15:00

Ceyhun Nağıyevdən, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident!

Müstəqil illərində Azərbaycan böyük inkişaf yolu keçərək dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilmişdir. İnsanların həyat səviyyəsi xeyli yüksəlmiş, yoxsulluq böyük ölçüdə aradan qaldırılmışdır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş xalq-iqtidar birliyi Sizin sayənizdə daha da möhkəmlənmiş və Azərbaycanın tərəqqisində mühüm rol oynamışdır. Vətənimi inkişaf edən, qüdrətli görəndə, Azərbaycanın və onun xoşbəxt gələcəyi naminə fəaliyyətinizi seyr edəndə xalqın bir nümayəndəsi kimi iftixar hissi keçirirəm. 

Hörmətli cənab Prezident, bu inkişaf meylləri yaşadığım Cəlilabad rayonunda da müşahidə olunur. Hazırda, rayonumuzda gedən abadlıq-quruculuq işlərinə görə bütün rayon sakinləri adından Sizə təşəkkürümüzü bildirir, qarşıdan gələn Novruz bayramınızı təbrik edirik.

Dərin hörmətlə,

Nağıyev Ceyhun Ağakişi oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.