İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

28 mart 2015, 18:30
İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Peter Priputenin etimadnaməsini qəbul edib.

Səfir Peter Priputen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Peter Priputen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Slovakiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu dedi. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev birgə fəaliyyət sahələrinin araşdırılmasının zəruriliyini qeyd etdi. Dövlət başçısı Avropa İttifaqı çərçivəsində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını dedi.

Səfir Peter Priputen ölkəmizə səfərindən ötən dövr ərzində böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Diplomat Azərbaycanın Slovakiya üçün dost ölkə olduğunu və dövlətlərimiz arasında hər hansı siyasi problemin olmadığını vurğuladı. O, ölkəsinin Azərbaycan ilə əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, turizm, idman, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu dedi.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı söhbət zamanı slovakiyalı diplomat ölkəsinin bu Oyunlarda 250 idmançı ilə təmsil olunacağı barədə dövlətimizin başçısına məlumat verdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06