02 aprel 2015, 12:30

Ümid Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Respublikamızın hər bir bölgəsinə göstərilən diqqət və qayğı Pirallahı rayonunda da hiss edilməkdədir. Sizin sayənizdə rayonumuz son illər ərzində daha da abadlaşmış və müasir simaya bürünmüşdür. Yeni tikilən obyektlər və müəssisələr əhalinin işlə təmin olunmasında və onların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

Möhtərəm Prezident, rayonumuzun inkişafına göstərdiyiniz diqqətə görə Sizə şəxsən öz adımdan və ailəm adından dərin minnətdarlığımı bildirirəm. Əminliklə vurğulayırıq ki, xalqımız Sizinlə birlikdə parlaq sabaha və işıqlı gələcəyə doğru addımlayır.

Bizim yolumuz Heydər Əliyev yoludur, onun layiqli davamçısı İlham Əliyev yoludur! Bizi bu yoldan heç bir qara qüvvə döndərə bilməz!

Hörmətlə,

Əliyev Ümid Zöhrab oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.