02 aprel 2015, 14:30

Məhərrəm Mahmudovdan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident!

Mən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsindəki 17 saylı yeməkxanada məskunlaşmışam. Burada, eyni zamanda, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam rayonlarından da məcburi köçkün ailələri məskunlaşıb. Sizin diqqət və qayğınızı daim üzərimizdə hiss edirik. Sizin sayənizdə problemlərimiz vaxtı-vaxtında öz həllini tapır. Yaşadığımız ərazidə asfalt örtüyünün olmamasından əziyyət çəkirdik. Bu problemimiz də həll edildi. Belə ki, əraziyə yeni asfalt örtüyü çəkildi.

Ölkəmizdə aparılan geniş abadlıq işlərinə görə Sizə təşəkkür edirik. Əlbəttə ki, bu işlər Sizin diqqət və qayğınız sayəsində görülür və bizi çox sevindirir.

Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildirir, uğurlu siyasətinizi dəstəklədiyimizi bəyan edirik.

Burada məskunlaşmış 25 məcburi köçkün ailəsi adından dərin minnətdarlıq hissi ilə,
Mahmudov Məhərrəm Mahmud oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi.