Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Text size
02 aprel 2015, 14:30
Hörmətli Vladimir Vladimiroviç,
Oxot dənizində “Dalniy Vostok” traulerinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 aprel 2015-ci il