02 aprel 2015, 16:00

Turhan Saltaşdan, Ankara, Türkiyə

Hörmətli cənab Prezident!

Siz böyük türk millətinin əziz dostu, vuran ürəyisiniz. Adınızı qəlbimizə yazdıq. Ev-eşiyinizdə həmişə şənlik olsun, ayağınıza daş dəyməsin. Allah ürəyinizcə versin, ömrünüzü uzun etsin.

Təkcə Azərbaycanı deyil, bütün türk dünyasını sızladan Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inandığımızı və bu yolda Sizinlə birgə olduğumuzu bildiririk. Bağlı qapılar üzünüzə açılsın, cənab Prezident!

Sonda Xocalıya həsr etdiyim kiçik şerimi Sizə çatdırımaq istəyirəm.

Sən – içimi göynədən acı qəhər,
Sən – adı ürəklər dağlayan,
Yanıb-yanıb külə dönən,
şəhid şəhər Xocalım!
Qoynunda qalmaq üçün ölmək istərdim,
Nə edim, yoxdur əlacım.
Söylə səni yad etmək üçün gətirdiyim bu gülləri,
Qoyum hara Xocalım!
Mən səni düşünə-düşünə,
Mən səni ağlaya-ağlaya,
Qocaldım Xocalım!!!

Hörmətlə,

Saltaş Turhan Bilal oğlu.

Türkiyə Respublikası, Ankara şəhəri.