04 aprel 2015, 12:15

İsmayıl Xuduyevdən, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş Vətən oğullarına və onların ailə üzvlərinə həmişə dayaq durmusunuz. Biz bunu gündəlik həyatımızda görür və problemlərimizin həllində hər zaman Sizə arxalanırıq. Sizin sayənizdə mənzil-məişət şəraitimiz yaxşılaşıb.

Əziz Prezidentimiz, müstəqil respublikamızın tərəqqisi və firavanlığı naminə göstərdiyiniz fəaliyyətə görə müharibə veteranları və şəhid ailələri adından Sizə təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Xuduyev İsmayıl Rəşid oğlu,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağdaş rayon şöbəsinin sədri.

Azərbaycan Respublikası, Ağdaş rayonu.