09 aprel 2015, 13:40

Zəlimə Əsədova və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu gün bizim Tərtər rayonu sözün əsl mənasında böyük tikinti meydançasını xatırladır. Düşmənin bir addımlığında yerləşən rayonda geniş abadlıq-quruculuq işləri görülür, yeni yollar çəkilir, parklar salınır, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binaları, fərdi evlər tikilir.

Bu yaxınlarda rayonumuzun əsas küçələrinə şəhidlərimizin adlarının verilməsi biz şəhid analarına böyük təskinlik oldu. Vətən uğrunda şücaət göstərmiş şəxslərin adlarının layiqincə əbədiləşdirilməsi Sizin humanistliyinizin və Vətənə sevginizin təzahürüdür.

Əziz Prezidentimiz, bizə göstərdiyiniz diqqət və qayğıya görə tərtərli şəhid anaları adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əsədova Zəlimə
Orucova Mahı
Həsənova Bağdagül
Mehtiyeva Simuzər
İsmayılova Nailə.
Azərbaycan Respublikası, Tərtər rayonu.