09 aprel 2015, 16:15

Mariya Xan-Xoyskaya Martinyolidən, Cenevrə, İsveçrə

Hörmətli cənab Prezident!

İcazə verin, Sizinlə ünsiyyətdə olmaq imkanına görə minnətdarlığımı bildirim. Yalnız ölkənin əsl lideri öz həmvətənlərinin xahişlərinə biganə qala bilmir!

Doğma Gəncəmdən doqquz ildir ki, kənardayam. ABŞ-da yaşayıb təhsil almışam. Artıq dörd ildir taleyimi İsveçrə ilə bağlamışam, Cenevrəyə köçmüşəm. Ailəmlə birgə burada Vətənimizin mədəniyyətini qayğı ilə qoruyur, onu uşaqlıqdan peşəkarcasına məşğul olduğum xalq rəqslərində təcəssüm etdirirəm. Hər il Gəncəyə gəlir, ailəmə baş çəkirəm. Hər dəfə də şəhərimi yüngül kədər və böyük qürur hissi tərk edirəm. Gəncənin Sizin rəhbərliyiniz ilə yenidən yaradılmış simasına görə Sizə “çox sağ olun” deyirəm. Tarix və müasirlik Gəncədə necə də gözəl vəhdət təşkil edir!

İnzibati strukturun milli ruha mükəmməl uyğunlaşdırılmasının gözəl nümunəsi olan “ASAN Xidmət”ə görə də Sizə ayrıca təşəkkür edirəm! Bu, korrupsiya və rüşvətxorluğa tutarlı zərbədir. Sizdən xahiş edirəm ki, bu işi davam etdirəsiniz. Vətənimin taleyi mənim üçün böyük əhəmiyyət daşıyır. Odur ki, Sizin müdrikliyinizə və uzaqgörənliyinizə ümid bəsləyirəm.

Allah Sizə Süleyman şahın sağlamlığını və müdrikliyini bəxş etsin.

Hörmətlə,

Mariya Azad qızı Xan-Xoyskaya Martinyoli

İsveçrə Konfederasiyası, Cenevrə şəhəri.