11 aprel 2015, 18:50

Rauf Əkbərov və başqalarından, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident!

Liman şəhərinin mərkəzi küçəsinin yüksək keyfiyyətlə yenidən qurularaq istifadəyə verilməsi həm yerli sakinləri, həm də bu yoldan keçən minlərlə insanı hədsiz sevindirir.

Bu yol həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olduğundan çox əhəmiyyətlidir. Müasir standartlara uyğun salınan bu yol rahatlığımızı təmin etməklə yanaşı, şəhərimizin iqtisadi inkişafına da mühüm töhfə verəcəkdir.

Möhtərəm Prezident, Liman şəhərinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, xalqımız üçün gördüyünüz işlərə görə Sizə “çox sağ olun” deyirik. Allah Sizdən razı olsun!

Hörmətlə,

Əkbərov Rauf
Əbdülrahmanov Samir
Dadaşov Aydın
Musayev Rəşad və başqaları (cəmi: 50 nəfər).

Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri.