Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğandan

Text size Plus Minus

27 may 2010, 18:37

Hörmətli Prezident,

Dost və qardaş Azərbaycanın Respublika Gününü şəxsən öz adımdan və hökumətim adından ən səmimi diləklərimlə təbrik edirəm. Bu gözəl gündə Azərbaycan xalqının haqlı qürur və xoşbəxtlik duyğularına ürəkdən şərik oluruq.

Xalqlarımız arasındakı səmimi sevgi və məhəbbətə əsaslanaraq tarix boyunca xüsusi bir məna daşıyan Türkiyə-Azərbaycan münasibətlərinin Sizin də rəhbərliyinizlə atacağımız qəti əməkdaşlıq addımları ilə genişləndirilərək gələcəyə aparılması ən böyük arzumuzdur.

Mayın 17-də Azərbaycana sonuncu səfərimdə keçirdiyimiz görüşlərin bu istiqamətdə yeni mərhələnin başlanğıcı olacağına ümidvaram. İyunun 7-8-də ölkəmizə edəcəyiniz səfəri də bu istiqamətdə yeni imkanların yaradılması üçün əhəmiyyətli fürsət hesab edirəm.

Bu fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycanın rifahı və əmin-amanlığı üçün ən xoş arzularımı çatdırıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Baş naziri

 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi