24 aprel 2015, 11:10

Tərlan Salayev, Meybulla Xalıqov və başqalarından, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin respublikaya rəhbərliyiniz dövründə regionlarda genişmiqyaslı işlər görülmüş və hazırda da davam etdirilməkdədir. Bizim Astara rayonu da ən çox dəyişən, inkişaf edən rayonlar sırasındadır.

“Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2015-ci il 13 aprel tarixli Sərəncamınız rayonumuz üçün yeni bir mərhələnin başlanğıcıdır. Bu Sərəncam əsasında yenidən qurulması nəzərdə tutulan Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yolları onlarca yaşayış məntəqəsinin sakinləri üçün böyük əhəmiyyətə malikdir. 

Möhtərəm Prezident,

Bu Sərəncamınıza görə həm öz adımdan, həm də yerli sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Yolunuz hər zaman açıq olsun! 

Hörmətlə,

Salayev Tərlan Ağamoğlan oğlu,
Xalıqov Meybulla Naib oğlu,
Nəzirov Tofiq Məmmədağa oğlu,
Hüseynov Üsaməddin Seyidağa oğlu və başqaları.

Azərbaycan Respublikası, Astara rayonu, Miki kəndi.