Gerb

24 aprel 2015, 13:10

Möhtərəm cənab Prezident,

Belə gözəl, inkişaf edən, azad, demokratik ölkədə yaşadığım üçün fəxr edirəm. Allah Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevə rəhmət eləsin. Siz də çox sağ olun ki, bu şərəfli işi öz üzərinizə götürmüsünüz. Azərbaycan gündən-günə inkişaf edir, gözəlləşir. Respublikamızın hər yerində gözəl parklar salınır. Bütün bunlar Sizin məqsədyönlü fəaliyyətinizin bəhrəsidir. 

Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 50 gün qalıb. Bununla əlaqədar olaraq Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Çünki bu, bizim üçün böyük uğurdur. Biz həmişə Sizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Lazım gələrsə Sizin uğrunuzda ölməyə belə hazıram. Biz Sizinlə və Sizin ailənizlə fəxr edirik. 

Hörmətlə,

İsgəndərov Allahşükür Ələkbər oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.